Zaqatalada iki yanğın hadisəsi olub


20:47     17 Noyabr 2019 13878640961363594763_yangin45sadas1.jpg

Zaqatala rayonunun Əliabad qəsəbəsində yanğın olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatalanın Car kəndində isə ümumi sahəsi 44 m² olan köməkçi tikilinin tavanı 6 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 506