Türkiyədə bu il 457 terrorçu zərərsizləşdirilib


09:04     18 Noyabr 2019 620_340_pkk-seyahat-eden-polisi-kacirdi-800x436.71497584541066_55b299b94a858.jpg

Türkiyənin təhlükəsizlik orqanları cari ilin yanvar-oktyabrında bütovlükdə ölkə üzrə 109423 antiterror əməliyyatı keçirib.


Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkənin müxtəlif əyalətlərində jandarm qüvvələrinin və aviasiyanın köməyi ilə "Kıran" əməliyyatının bütövlükdə altı mərhələsi keçirilib. Əməliyyatlar çətinliklə gedilə bilən dağlıq ərazilərdə terrorçuların qış bazalarını formalaşdırmasının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əgər 2018-ci il ərzində ümumilikdə ölkə üzrə 97377 əməliyyat keçirilmişdisə, cari ilin yalnız 10 ayında bu göstərici demək olar, 110 minə çatıb.

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 457 terrorçu zərərsizləşdirilib, daha 257 nəfər yaxalanıb. Polis və jandarmeriya 11380-dən çox terrorçunu və onların əlaltısını saxlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 375