Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır


09:18     18 Noyabr 2019 19_11_18_1574054356.jpg


Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daha bir neçə proses bu gün başa çatır.


Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məntəqə seçki komissiyaları tərəfindən məlumat lövhələrində yerləşdirilməsi müddəti səsvermə gününə azı 35 gün qalanadək, yəni 2019-cu il noyabrın 18-dək başa çatır.

Bundan əlavə, seçki bülletenlərinin hazırlanması qaydasının, mətninin, formasının, sayının hazırlanmasına aid tələblərin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməsi səsvermə gününə azı 35 gün qalanadək, 2019-cu il noyabrın 18-dək başa çatır.

Femida.az

Açar sözlər: #Bələdiyyə   #seçki  

Oxunub: 417