Bakıda maşınlar toqquşdu - Qadınlar ağır yaralandı


09:39     18 Noyabr 2019 sefirlik%20masini.jpg

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Qala yolunda "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2107"-də olan sərnişinlər - 1981-ci il təvəllüdlü Hüseynova Ləman Məhəmməd qızı və 17 yaşlı Hüseynova Firəngiz Anar qızı xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 398