Cəlilabadda gənc müəllim evində ölü tapılıb


10:23     18 Noyabr 2019 meyittt.jpg

Cəlilabadda evdən meyit aşkarlanıb.


Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Meyit  

Oxunub: 812