Azərbaycana tütün məmulatlarının idxalı azalıb


10:26     18 Noyabr 2019 2019/11/siqaret12_1574058461.jpg

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin analoji dövrünə nisbətən azalıb.


Femida.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə dəyəri 97 896,24 min ABŞ dolları olan tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 212,89 min dollar və ya 15,7% azdır.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-nə bərabər olub.

Femida.az

Açar sözlər: #Siqaret  

Oxunub: 454