Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə - QƏBUL VAR


22:44     21 Noyabr 2015 publika.az1412102241fikret3.jpg


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Sabirabad rayonunda vətəndaşların qəbulu keçiriləcək.


Femida.az-ın məlumatına görə, qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Sabirabad rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Açar sözlər:

Oxunub: 1050