İrəvanda məhkum xəstəxanadan qaçıb


10:58     18 Noyabr 2019 2019/11/165dd23e190fe0a_1574060379.jpg

Ermənistanda məhbus müalicə olunduğu xəstəxanadan qaçıb.

Femida.az-ın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 1988-ci il təvəllüdlü Araik Sarkisyan müalicə olunduğu paytaxt İrəvanda yerləşən “Erebuni” xəstəxanasından qaçıb. Hadisə bu gün səhər saat 05:00 radələrində baş verib.

Qeyd olunub ki, A. Sarkisyan əvvəllər bir neçə dəfə mühakimə olunub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən onun axtarışı aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 538