Piyadanı maşın vurub öldürdü


13:09     18 Noyabr 2019 piyada5.jpg

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail Rayon Polis İdarəsinin tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı  

Oxunub: 511