İranda internetə məhdudiyyət qoyuldu


13:16     18 Noyabr 2019 2019/11/iran-internet1_1574068818.jpg

İranda benzinin bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilib və bu məhdudiyyət hələ də davam edir.


Bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunub və bu barədə bütün internet provayderlərinə göstəriş verilib.

Məhdudiyyətin nə zaman aradan qaldırılacağı haqda məlumat verilmir.

Qeyd edək ki, hazırda xüsusi məkanlarda, o cümlədən qəzet və xəbər saytlarının redaksiyalarında internetə məhdudiyyət tətbiq olunmur.

Femida.az

Açar sözlər:

Oxunub: 437