İranda məktəblər bağlandı
13:37 18 Noyabr 2019
İranın 8 vilayəti və onun rayonlarında bir çox məktəb yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb.
Femida.az Trend-ə istinadən bildirir ki, İranın bəzi vilayətlərində dərs saatları təxirə salınıb.
İranın Buşehr vilayətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.
İranın Fars vilayətinin Şiraz şəhərinin təlim, təhsil və universitetləri baş idarəsinin rəsmiləri bildiriblər ki, şəhərin bütün məktəb və universitetləri bu gün bağlıdır. Səbəb benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyidir.
Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) qədər bahalaşıb.
Femida.az
Oxunub: 432
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub