Belarusun Bakıdakı səfirliyi səsvermənin nəticələrini açıqladı


13:54     18 Noyabr 2019 2019/11/15740-1574068568_1574070889.jpg

Noyabrın 17-də VII çağırış Belarus Respublikasının Milli Məclisinin Nümayəndələr Palatasına deputatların seçkiləri keçirilib.

Femida.az Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 95 saylı seçki dairəsinin Bakı şəhərindəki 709 saylı seçki məntəqəsi üzrə səsvermə keçirilib. Bu dairə üzrə seçkilərdə yeddi namizəd – Qriqori Kostusev, Danila Lavretski, Aleksandr Mayski, Oksana Orlova, Pyotr Popravki, Tatyana Sayqanova və Yevgeni Şevkonun namizədliyinə səs verilib.

Səsvermədə siyahıda olan seçicilərin 100 faizi öz seçici hüququndan istifadə edib. Səsvermənin nəticələrinə görə, T.Sayqanova seçicilərin 53,84, O.Orlova 23,07, Y.Şevko 7,69, D.Lavretski, A.Mayski və P.Popravko hər biri 3,85 faizinin səsini toplayıblar. Q.Kostusevə seçicilər səs verməyiblər.

Seçicilərin 3,85 faizi heç bir namizədi dəstəkləməyib. Etibarsız sayılan bülleten olmayıb. Seçki günündə səsvermə prosesi beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 507