Ərdoğan: "Hədəfimiz neft deyil"
14:28 18 Noyabr 2019

“Erməni soyqırımı” kimi iftiralardan qurtula bilmirik”
Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında keçirilən 2-ci İstanbul Beynəlxalq Ombudsmanlıq Konfransında bildirib.
"Gələcək nəsil bunun qiymətini verəcək. Tarix bunu edənləri qiymətləndirəcək. Ən tragikomediya isə öz təhlükəsizliyimizi qorumaq üçün atdığımız addımlara görə sanksiyalarla təhdidə məruz qalmağımızdır. Tarix bu olanların hamısını qeyd edir. Bizim hədəfimiz neft deyil. Biz insanı sevirik, onun üçün ayrı-seçkilik etmərik. “Mənə toxunmayan ilan min yaşasın” deməyib, terror qruplaşmalarının hinlərinə girib onları yerlə bir edirik. Türkiyə bu fəaliyyəti ilə bütün beynəlxalq ictimaiyyətin vicdan borcunu ödəyir. Bəziləri neft yataqlarını paylaşır. Bizim qarşımıza da bunu çıxarırlar. “Bizim dərdimiz bu deyil” - dedik. "Bizim əhəmiyyət verdiyimiz neft deyil, insandır. Bu insanları xilas etməkdir" - dedik. Neft və ya siyasi maraqları üçün terror qruplaşmaları ilə qol-qola girməkdən çəkinməyən dövlətlər varkən bizim qürurlu davranışımız davam edir", - o deyib.
Femida.az
Oxunub: 192
Oxşar xəbərlər
- DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
- Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”
- Ümummilli Lider Heydər Əliyevin anım günüdür
- DİQQƏT! - Vəkillər bu bölgədə pulsuz hüquqi yardım göstərəcək
- Hərbi Prokuror: “Azərbaycan etibarlı və peşəkar əllərdədir”
- DYP-dən həyacan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
- Bakıda avtobusa hücum: Sürücü döyüldü, nəqliyyat vasitəsinin şüşəsi sındırıldı
- Prezident təqaüdünün təyinatı elektronlaşdırılıb
- FHN: "EuroHome”da yanğın söndürülüb
- Ombudsman: "Fəaliyyətimizi gücləndirəcəyik"