Beyləqanda avtomobilin vurduğu velosipedçi ölüb


14:37     18 Noyabr 2019 19_11_18_1574073482.jpg

Beyləqanda minik avtomobili velosipedi vurub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qraşdırma aparılır.

Açar sözlər:

Oxunub: 424