DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb


14:43     18 Noyabr 2019 19_11_18_1574073895.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xitmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 466