Xəzərdə neftçi batıb


15:09     18 Noyabr 2019 19_11_18_1574075413.jpg


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Xəzər   #neftçi  

Oxunub: 857