Gömrükdən qanunsuz dərman keçirmək istədi


15:21     18 Noyabr 2019 19_11_18_1574076097.jpg

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən 360 ədəd "Azilect", 5 qutu "Flixotide 125 mcg", 5 qutu "Phosphosoda", 336 ədəd " Plavix 75 mg", 200 ədəd "Casodex", 200 ampula "Dodex 1000mcg/ml", 400 ədəd "Beloc 50 mg", 540 ədəd "Diamicron MR 60 mg", 4 ampula "Netildex", 240 ədəd "Ferro Sanol duodenal", 240 ədəd "Diltizem 90 mg" adlı dərman vasitələri, həmçinin 3 ədəd "Rectoderm" kremi, 15 ədəd üzərində "GüçMatik" yazılan telefon qidalandırıcısı və ona məxsus 18 ədəd yükləyici, 12 ədəd USB aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 669