DOST 50 mininci vətəndaşa xidmət etdi
15:40 18 Noyabr 2019
DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 50 000-ci vətəndaş müraciəti qeydə alınıb.
Femida.az xəbər verir ki, Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial xidmət sahəsində göstərilən xidmət ilə bağlı müraciət edib. O, 6 aydır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 50 000-ci vətəndaş kimi tarixə düşüb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib. Validə Abbasova DOST Mərkəzində göstərilən xidmətlərdən razı qaldığını deyib. O, sosial sahədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərən bu cür qurumların yaradılmasına görə dövlət başçısına minnətdarlığını bildirib.
9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.
2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- “DOST” İş Mərkəzi Vilyam Hacıyevə qarşı 275 min manatlıq mülki iddia qaldırıb
- Bakı sakini dostuna vinçesterlə atəş açıb
- Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib
- Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
- Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edilib
- Rusiyanı dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dostlarının evinə qonaq gedən şəxslər 21 min manatlıq oğurluq edib
- Gəncə sakini dostunu bıçaqlayıb
- Mehriban Əliyeva: "Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!"