Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar


15:52     18 Noyabr 2019 19_11_18_1574077993.jpg


Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad ediliblər.


Femida.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini - Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıblar.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 474