FHN intiharın qarşısını aldı


16:10     18 Noyabr 2019 19_11_18_1574079059.jpg

Bakıda intihara cəhdin qarşısı alınıb.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

Açar sözlər:

Oxunub: 358