Hakimlər futboldan uzaqlaşdırıldı - Qalmaqal böyüyür (VİDEO)


00:55     22 Noyabr 2015 1438165532_xaqani-memmedov0.jpg


Hakimlər Xaqani Məmmədov, Asim Xudiyev və Ramiz Əsədov Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.


Femida.az-ın məlumatına görə, bu, AFFA-nın yaratdığı komissiyanın ilkin qərarıdı. Saytın aşkarladığı video ətrafında araşdırma aparmaq üçün fəaliyyətə keçən xüsusi qrup 2001-ci ildə UEFA Kuboku çərçivəsində "Osiyek" - "Dinaburq" qarşılaşmasının nəticələrini dəyişməyə cəhd göstərən hakimlərin indi hakim-inspektor kimi Premyer Liqa və I Diviziona təyinat almasına qadağa qoyub.
Adları çəkilən şəxslər təhqiqat bitənədək çempionatdan kənarda qalacaq.



Açar sözlər:

Oxunub: 1167