Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək


16:40     18 Noyabr 2019 2019/11/diaqnost_1574080942.jpg

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 637