İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”


18:25     18 Noyabr 2019 19_11_18_1574082772.jpg

“İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə səngiyib”.


Femida.az-ın məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb ki, onlar da bir-iki günə tam həllini tapacaq:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”, - deyə Ə. Rəbii vurğulayıb.

O qeyd edib ki, hökumət İran xalqının etiraz haqqını tanıyır, lakin bununla belə xalqla iğtişaşçılar arasında fərq var.

Açar sözlər:

Oxunub: 526