Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub


19:26     18 Noyabr 2019 xamneyi.PNG

İranın Ali Rəhbəri ayətullah Əli Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub.

Femida.az-ın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında İranın Ali Rəhbərinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdiyə qarşı təşkil edilmiş sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən alınıb.

Bildirilib ki, İranın Ali Rəhbərinin nümayəndəsinin evinə silahlı basqın cəhdi olub.

Hadisə nəticəsində 4 nəfər saxlanılıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub.

Femida.az

Açar sözlər:

Oxunub: 175


Oxşar xəbərlər