Putinlə Makron Ukraynanı müzakirə etdi


21:16     18 Noyabr 2019 19_11_18_1574095619.jpg

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı dekabrın 9-na planlaşdırılan “Normand formatı” sammiti ərəfəsində Ukraynadakı vəziyyət müzakirə edilib.

“Əsas diqqət Parisdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq nəzərə alınmaqla, Ukraynada vəziyyətə ayrılıb”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

Rusiya və Fransa prezidentləri hesab edirlər ki, sammit Minsk sazişinin tezliklə reallaşmasına xidmət etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 605