Evakuator "KamAZ"-la toqquşub - Bir nəfər xəsarət alıb


09:01     19 Noyabr 2019 2019/11/210B984C-7CCA-449D-877C-B76255844D53_1574138324.jpeg

Bakı-Qazax magistral yolunda, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ucar sakini, 1993-cü il təvəllüdlü Hacıyev Orxan Şakir oğlunun idarə etdiyi evakuator "KamAZ" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində evakuatorun sürücüsü ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 331