Qubada ağır qəza - Maşın 60 metr hündürlükdən dərəyə aşdı


09:53     19 Noyabr 2019 dereye%20asib.jpg

Qubada bir yaşlı körpə yol qəzasında ölüb.


Femida.az-ın məlumatına görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Elnur Qrybəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ 2106" markalı 27 BT 194 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında oturan dayısı oğlu, 2018-ci il təvəllüdlü Poladov Polad Şaban oğluna başı qarışıb və diqqəti yoldan yayınması nəticəsində avtomobil yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində P.Poladov hadisə yerində dünyasını dəyişib.

Femida.az

Açar sözlər: #Quba  

Oxunub: 802