Bakıda ağır qəza:yaralılar var (VİDEO)
10:14 19 Noyabr 2019
Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Femida.az xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.
Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün APA-ya verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb.
Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
Oxunub: 498
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"