Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı


10:34     19 Noyabr 2019 19_11_19_1574145328.jpg

nquşetiyanın paytaxtı Nazranda yerləşən mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb.

Femida.az xəbər verir ki, hadisə barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb.

Sakinlər bildirirlər ki, cəsəd üç gün asılı vəziyyətdə qalıb. Eyni zamanda, qızın mağazanın girişində müxtəlif əşyalar satdığı və azərbaycanlı olduğu barədə məlumatlar var.

Qızın ölümündə kriminal izlərin olub-olmaması barədə araşdırmanı hüquq-mühafizə orqanları aparacaq.

Açar sözlər:

Oxunub: 245