Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub
10:43 19 Noyabr 2019
Abşeron rayonunda bir evdən müxtəlif vaxtlarda 3 dəfə oğurluq edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib. Naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar. Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.
Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyalarının bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.
Oxunub: 462
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb