Sumqayıtda yeniyetmə 42 yaşlı kişini bıçaqlayıb


10:56     19 Noyabr 2019 bicaq.jpg

Sumqayıt sakini qonşusunu bıçaqlayıb.


Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2004-cü il təvəllüdlü Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Yasər Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub.Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.(ApA)

Açar sözlər:

Oxunub: 443