Ağstafa sakinindən tüfəng götürülüb


12:56     19 Noyabr 2019 2019/11/tufen-1574152252_1574153851.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenigün kənd sakini P.Cəfərovdan “İJ-16” markalı tüfəng və 1 ədəd fənər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Tüfəng  

Oxunub: 390