ABŞ tərəfindən axtarışda olan pakistanlılar Azərbaycanda saxlanılıb
13:09 19 Noyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Femida.az -ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.
Məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər. ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.
Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər. Onlar Azərbaycanda saxlanılmalarını istəyiblər.
ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib. Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib. Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.
Oxunub: 450
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"