50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü


13:50     19 Noyabr 2019 19_11_19_1574157044.jpg

Tərtər rayonunda bir nəfər dəm qazından ölüb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb.

N.Nəbiyevin meyiti hamamda aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 649