Nazirlər Kabinetində yeni TƏYİNAT


14:37     19 Noyabr 2019 nazirler%20kabinettiii.jpg

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

Femida.az xəbər verir ki, bu vəzifəyə jurnalist İbrahim Məmmədov təyin edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin sözçüsü Ayaz Mirzəyev bu gün işindən ayrılıb.

O bildirib ki, bu gündən etibarən Nazirlər Kabineti Aparatında mətbuat xidməti vəzifəsini icra etmir:

“Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm”.

Femida.az

Açar sözlər: #NK  

Oxunub: 634