“Hakimlərə 10 min manat maaş, ev və avtomobil verilməlidir” - TƏKLİF


14:44     19 Noyabr 2019 19_11_19_1574160292.jpg


“Hakimlərin layiqli həyatını təmin etmək üçün onlara 10 min manat maaş verilməlidir”.


Femida.az xəbər verir ki, bu təkliflə parlamentdə deputat Qüdrət Həsənquliyev çıxış edib. Q. Həsənquliyev Milli Məclisdə bildirib ki, əvvəl hakimlərin evləri yox idisə, qanunvericilikdə evlə təmin olunması məsələsi var idi:

“Ancaq sonradan bu maddə çıxarıldı. Əgər hakimin evi yoxdursa mənzillə, eyni zamanda xüsusi avtomobillə təmin edilməlidir.

Eyni zamanda, Konstutusiyanın 128-ci maddəsinə əsasən hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Prezident, Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında təklif irəli sürə bilər. Ancaq burada göstərilir ki, hakimi intizamsızlığa görə vəzifədən çıxarmaq daha asandır, nəinki o cinayət törədərsə. Ona görə də “Məhkəmələr və hakimlər haqqında” qanunu dəyişməliyik. Hakimlər 70 yaşa qədər təyin olunmalıdır. Onlar yalnız cinayət törətdikdə vəzifədən kənarlaşdırılması qanunla müəyyən olunmalıdır”.

Femida.az

Açar sözlər: #hakim   #deputat  

Oxunub: 191