Cəfər Cabbarlı həftəsi keçiriləcək


15:01     19 Noyabr 2019 2019/03/cefer_1552549962.jpg

Noyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı Həftəsi" keçiriləcək.


Femida.az-ın məlumatına görə, dövlət sifarişi ilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları hazırlanıb.

Tamaşaların nümayişi Bakı şəhərində nəzərdə tutulub.

Qeyd edək ki, "Cəfər Cabbarlı Həftəsi" Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2018-ci il tarixində "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" imzaladığı Sərəncamın icrasını təmin etmək məqsədilə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 219