BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
15:05 19 Noyabr 2019

Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb.
BNA-dan Femida.az-a verilən məlumata görə, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.
Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.
Femida.az
Oxunub: 163
Oxşar xəbərlər
- BNA Sabunçuda 2 avtobusun qəza törətməsi barədə məlumat yaydı
- BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət
- BNA Bakının giriş-çıxış nöqtələrinə nəzarəti gücləndirib
- BNA sürücü və sərnişinlərə müraciət etdi - Küləyə görə
- BNA-dan qəzaların qarşısını almaq üçün yeni TƏKLİF
- BNA hökumətə yeni təklfilər göndərib
- BNA gücləndirilmiş iş rejiminə keçdi
- BNA avtobus qəzası ilə bağlı məlumat yaydı
- BNA-dan Rəşad Məcidə CAVAB: "Bildirilən maşın nömrəsi yanlışdır"
- BNA sürücünün iddialarına cavab verdi