Dövlət agentliyinin Ağsuda qəzada ölən və yaralanan əməkdaşlarının ADLARI


15:18     19 Noyabr 2019 2019/11/19_11_19_1574155504_1574162480.jpg

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) qəzaya uğrayan əməkdaşlarının adları məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu aşırımında qeydə alınıb. AAYDA-nın yollara nəzarət edən avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində AAYDA-nın əməkdaşları-Abşeron rayonu, Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 197