İbrahim Məmmədov: "Etimadı doğrultmağa çalışacağam"
15:29 19 Noyabr 2019

Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinə rəhbər təyin olunan İbrahim Məmmədov yeni təyinatına münasibət bildirib.
Femida.az-ın xəbərinə görə, İ. Məmmədov özünün “Facebook” səhifəsinə bu etimada görə təşəkkür edib: “Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!
Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!
Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!”.
Femida.az
Oxunub: 212
Oxşar xəbərlər
- Polis əməliyyat keçirdi: Qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- Yunis Səfərovun cinayət işi məhkəməyə göndərilib
- Habil Vəliyev azadlığa buraxılıb
- Polisdən əməliyyat: Qadını döyən sürücü saxlanıldı
- Sabah MSK toplanacaq - Növbədənkənar parlament seçkilərinə görə
- DİN: Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb
- İlham Əliyev: “Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır”
- Azərbaycan Prezidenti: “Könüllülər qarşısında bütün imkanlar açıqdır”
- Dövlət başçısı: “Mənim etimadımı doğrultmasanız, sizi çox ciddi cəza gözləyir”
- DİN məlumat yaydı: Qız qaçırılmayıb, könüllü şəkildə gedib