İranda etiraz dalğası böyüyür - İnternet və telefon kəsilib (VİDEO)


17:46     19 Noyabr 2019 2019/11/72749223_155920635656057_7016016608367464527_n_3148325658.jpg


İranda 4 gündür davam edən iğtişaşlar böyük faciələrə yol açıb.

Femida.az-ın əldə etdiyi məlumata görə, artıq 2 gündür ölkədə internet kəsilib və onlar ailələri ilə danışa bilmirlər:

"İranlıların səsini dünyaya çatdırın. 2 gündür ölkədə internet kəsilib. Etiraz dalğası böyüyüb. Bütün şəhərlərdə küçələrdə yanğınlar başlayıb. Polis çoxlu insan öldürüb. Yaralılar həddindən artıq çoxdur. Hətta vəziyyət o yerdədir ki, xəstəxanalara yaralıları qəbul etməyə icazə vermirlər. Ölkə xaricində yaşayan iranlıların ailəsindən xəbər ala bilmir.

Hazırda Suriyadan pis vəziyyətdəyik. Ailələrimiz ölüb, qalıb bilmirik. Heç olmasa interneti açsınlar, onlardan xəbər alaq".



Mənbə etiraz dalğasının sırf benzinin bahalaşmasına görə yox, ümumi bahalaşma və sosial problemlərə görə olduğunu bildirib:

"Qızları stadionlara buraxmırdılar. Stadiona kişi paltarında girdikləri üçün 2 qıza 6 il həbs verdilər. Qızın biri intihar etdi. Buna etiraz edənlər oldu və onları həbs etdilər. Nazir övladı 40 qıza təcavüz etmişdi. Buna etiraz edən qızların ailələrini həbs etdilər.

Hər şey bahalaşdı. Dollar 5 qat qalxdı deyə belə oldu. Evlər bahalaşdı. İnsanlar ev tuta bilmir, küçələr ac yatanlarla doludur. Zavod işçiləri 2 ildir maaş ala bilmir. Etiraz edənləri həbs etdilər. Universitetlər, dövlət məktəbləri ödənişli fəaliyyətə başlayıb. Benzinin bahalaşması səbr kasasını daşıran sonuncu damcı oldu".

İranda baş verən hadisələrdən görüntüləri təqdim edirik:




Açar sözlər: #İran   #etiraz   #mitinq   #video  

Oxunub: 2356