FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
15:50 19 Noyabr 2019
Noyabrn 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
FHN-dən Femida.az-a verilən məlumata görə, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayevanı, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 22-27 oktyabr 2019-cu il tarixlərində Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə Budo Dünya çempionatında Fərqanə Saxrayeva +55 kq, Qadir Cəfərov isə 75 kq çəki dərəcəsində çempion adını qazanıblar. Həmçinin, Fərqanə Saxrayeva 8-10 noyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə Dünya çempionatında gümüş medala layiq görülüb
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edilib
- FHN-in qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər
- FHN-in Modul Tipli Hospitalının baş həkimi həbs edildi
- FHN-in yanğınsğndürmə və qəza-xilasetmə əməliyyatlarının VİDEOSU
- FHN-in əməkdaşı Mingəçevirdə özünü çaya atan şəxsi xilas edib
- FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu uğurla başa vurub
- FHN-in yubiley medalı təsis edilib
- FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
- FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı