Çardaqdan yıxılan kişi öldü


16:09     19 Noyabr 2019 19_11_19_1574165380.jpg

Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az-ın məlumatına görə, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 147


Oxşar xəbərlər