Masazırda piyadanı maşın vurub öldürdü


16:12     19 Noyabr 2019 piyada2.jpg

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 18-də saat 11 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 184