Azərbaycanda “Mübariz” adlı yeni klub yaradılıb


16:45     19 Noyabr 2019 2019/11/145dd3e3b592851_1574167619.jpg

Azərbaycanda yeni voleybol klubu yaradılıb.


Femida.az saytının məlumatına görə, 2019/2020 mövsümündə qadın voleybolçular arasında Super Liqada “Mübariz” adlı yeni komanda çıxış edəcək.

Klub artıq formalaşıb. Türkiyəli Adnan Kistakın rəhbərlik edəcəyi kollektiv bu gün yoxlama matçı da keçirib. “Mübariz” Voleybol Mərkəzində “Lokomotiv”lə qarşılaşıb.

Görüş daha təcrübəlilərdən təşkil olunan “dəmiryolçular” üçün asan alınıb və onlar 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, hələlik Azərbaycan çempionatının başlayacağı tarix dəqiqləşməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 484