Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanılıb


18:08     19 Noyabr 2019 2019/11/885dd3e1d0e815d_1574169440.jpg

Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.


Femida.az-ın əldə etdiyi məlumata görə, mərasim çərçivəsində layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan "AzerTelecom" şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə "Transtelecom" və "KazTransCom" şirkətləri ilə müqavilə imzalayıb.

Rəsmi mərasimdə Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "AzerTelecom" şirkətinin rəhbəri Fuad Allahverdiyev iştirak ediblər.

Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 206