Paytaxtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb


18:19     19 Noyabr 2019 2019/11/5dd3d8e31f6c6_15741628663906110139_1000x669_1574170223.jpg

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov qəsəbə ərazisindən "VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 176