İraqda Nazirlər Kabinetindən əsaslı islahat açıqlaması


18:24     19 Noyabr 2019 2019/11/1574167881_1574170514.jpg

İraq Baş nazirlik ofisindən verilən açıqlamaya görə, hökumət kabinetində yeni islahat işləri aparılıb.


Ofisin mətbuat katibi Səəd əl-Hədisi bu gün verdiyi açıqlamada, kabinetdəki islahat sayəsində yeni nazirlərin seçiminin partiyalar və siyasi fraksiyaların xaricindən ediləcəklərini qeyd edib. Həmçinin bəzi xəbər qaynaqları İraqın cənub vilayətlərində təhsil və ticarət mərkəzləri, bütün özəl və dövlət təşkilatlarının tətil olunduğu və etiraz aksiyalarının davam etdiyini bildiriblər. Qeyd edək ki, İraqda 25 oktyabr tarixindən etibarən xalq etirazları davam edir. Əhali dolanışıq çətinlikləri, sosial xidmətlər və genişmiqyaslı rüşvətxorluqlara etiraz edir.


Femida.az

Açar sözlər:

Oxunub: 174