Kriminal avtoritetlər Ermənistana gəlir - Səbəbi...


17:36     19 Noyabr 2019 19_11_19_1574170600.jpg


Kriminal dünyanın məşhur nümayəndələri bu ilin dekabrında Ermənistanda ciddi toplantı keçirmək niyyətindədirlər. Sputnik Ermənistan xəbər verir ki, bunu "Past" (Fakt) nəşri yazıb.


Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, "sxodka"ya xaricdən də olmaqla onlarla avtoritet qatılacaq. Məlumata əsasən, Gürcüstan və Rusiyadan olan "qanuni oğru"lar da toplantıya gələcəklər.

"Qanuni oğru"ların toplantısında məqsəd Ermənistan hökuməti tərəfindən hazırlanan qalmaqallı qanun layihəsidir.

Belə ki, Ermənistan Nazirlər Kabineti avqustun 29-da keçirilən iclasında Cinayət Məcəlləsinə düzəlişləri təsdiqləyib. Həmin düzəlişlərə əsasən, "qanuni oğru" statusu bir vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin, kriminal qrupları yaradanlar, saxlayanlar, rəhbərlik edənlər, iştirakçılar da cəzalandırılacaqlar.

Bu layihə tamamilə gözlənilməz olduğu üçün kriminal aləmdə ciddi narahatlıq yaradıb.

Femida.az

Açar sözlər: #kriminal   #avtoritet   #oğru  

Oxunub: 839