Xaçmazda mina və əl qumbarası tapılıb


18:42     19 Noyabr 2019 2019/11/24f15cc7-6f8a-4f23-9a72-25f4e6dae863_1574171023.jpg

Xaçmaz rayonunda mina və əl qumbarası tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a bildirilib ki, noyabrın 18-i saat 17:31-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

Məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları noyabrın 19-da həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla 3 ədəd tank əleyhinə mina (UTM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 364